Berlin Kiyevi Krımı unutmağa çağırdı

 
“Krımın zəbt edilməsi üzrə müzakirələr hələ lazım deyil, çünki diqqəti Donbas məsələsində cəmləmək lazımdır”.
Publika.az xəbər verir ki, bunuAlmaniyanın xarici işlər naziri Ziqmar Qabriel “Kolner Stadt-Anzeiger” nəşrinə müsahibəsində deyib.
Beləliklə, Qabriel alman liberallarının lideri Kristian Lindnerin bəyanatını şərh edib. Lindner Krım məsələsinin müvəqqəti dondurulmasına ehtiyac olduğunu bildirib.
“Krım üzrə müzakirələr bizə hələ lazım deyil. Biz Ukraynanın şərqində atəşin dayandırılması rejimini necə idarə etdiyimizi düşünməliyik”, - alman nazir deyib.
Eyni zamanda, “Civey” elmi tədqiqat institutunun sorğusuna əsasən, almanların 43 faizindən çoxu Krımın zəbt edilməsi məsələsinin dondurulması üzrə Lindnerin mövqeyi ilə razı deyil. Almaniya vətəndaşlarının 24,7 faizi isə qəti surətdə belə təşəbbüsə qarşıdır.

Загрузка...
Загрузка...