​Benzinin qiyməti 2 qat qalxacaq - Yanvarın 1-dən

 
Gürcüstanda yanacaq qiymətləri qalxacaq. Belə ki, yeni ildən neft məhsulları üçün aksiz dərəcəsinin artırılması qiymətlərin də artmasına gətirib çıxaracaq
 
Turaninfo.Az Sputnik-ə istinadən xəbər verir ki, benzinin qiyməti orta hesabla 0,20-0,25 lari (0,08 – 0,1 dollar) artacaq.
 
Ölkənin Neft Məhsulları İdxalçıları İttifaqının sədri Vano Mtvralaşvili bildirib ki, aksiz dərəcəsi 1 ton benzin üçün 2 dəfə çox – 250 laridən 500 lariyə (100-200 dollar) qalxacaq. Dizel üçün bu artım 1 ton üçün 150 laridən 400-ə qədər olacaq.

Загрузка...
Загрузка...