Ben Ladenin oğlundan İNTİQAM MESAJI

"Əl Qaidə" lideri Usama Ben Ladenin oğlu Həmzə Qərbə meydan oxuyub.
 Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 21 dəqiqəlik audio-müraciətdə Həmzə Ben Laden atasına görə qisas alacağını bildirib:
 "Biz sizə atəş açmağa davam edəcəyik. Fələstin, Əfqanıstan, Suriya, İraq, Yəmən, Somali və digər müsəlman xalqlarının məhvinə görə sizi ABŞ-da, ümumiyyətlə dünyanın istənilən yerində tapacağıq. ABŞ-a qarşı hücumları da davam etdirəcəyik".
 Qeyd edək ki, Ben Laden 2011-ci ilin mayın 2-də amerikalı xüsusi təyinatlılar tərəfindən Pakistanda öldürülüb.