Belçikada terror həyəcanı...

Belçika prokrorluğu Qərbi Flandriya əyalətinin Kortreyk şəhərində polislə birgə iki axtarış aparır.
Musavat.com xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, Belçikanın federal polisi Kortreykdə terror riski olduğunu bildirib. Son məlumatlara görə, hazırda axtarış heç bir nəticə verməyib.
Şəhərdə Pasxa yarmarkası ilə əlaqədar təhlükəsizlik tədbirləri də gücləndirilib.