Belçikada istefa dalğası

Belçikada istefa dalğası Paytaxt Brüsselldəki terror olaylarına görə məmurlar kütləvi istefaya gedir
24 mart tarixində ölkənin təhlükəsizliyi və sabitliyi üçün sorumlu olan daxili işlər naziri Jan Jambon və onun ardından isə ədliyyə naziri Koen Geens ölkənin baş naziri Çarls Mişelə istefa ərzilərini təqdim ediblər. Baş nazir Çarls Mişel hər iki nazirin istefa ərziəsini rəsmən rədd etsə də, onların ictimaiyyətə verdikləri açıqlamadan sonra geri çəkilmək zorunda qalmışdır.
Hurriyyet.az xəbər verir ki, Belçikanın “derniere heure” internet saytının qeyd etdiyinə görə, 22 martda 31 nəfərin həyatını itirdiyi son terror olayının nəticəsi kimi daxili işlər naziri Jan Jambon və ədliyyə naziri Koen Geens bildiriblər ki: “Bu müdhiş terror hadisəsini araşdırmalar zamanı hər iki nazirlik tərəfindən öncədən xeyli xətalara yol verilmişdir. Nəticədə isə heç bir günahı olmayan ölkənin 31 nəfər vətəndaşı bu amansız terror hadisəsinin qurbanı olmuşdur”. Belçikada istefa dalğası
Qeyd edək ki, Belçikanın paytaxtı Brüsselldə bütün Avropanı ayağa qaldıran bu terror olayını həyata keçirən ərəb mənşəli Xalid və Brahim əl Bakraou adlı qardaşlardırlar. 2015-ci ildə hər iki qardaş Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən ölkədən iki dəfə sınırdışı edilmişdir. Ancaq, Belçika və Hollandiyanın Türkiyənin Brahim əl Bakraou ilə bağlı şübhəli şəxs iddiasını öncədən nəzərə almamışlar.