Bədənləri heç bir ağrı hiss etməyən 6 nəfər tapıldı - İNANILMAZ ...

 
 
Londondakı unuiversitet kollecinin  genetikləri dünyada ən qeyri-adi bir ailə tapıblar. Həmin ailənin 6 üzvü hər hansı kəsici, isti, soyuq və s. əşya ilə təmas zamanı bədənlərində qətiyyən ağrı hiss etmirlər.
 
Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə həmin ailənin italiyalı olduğu bildirilir. Alimlər müəyyən edib ki, 78 yaşlı qadın, eləcə də onun qız və nəvələrinin bədənlərinin heç bir ağrı hiss etməmələrinə səbəb onlarda “ZFHX2” geninin mutasiyasıdır. Həmin gen sinir sonluqları və ağrı reseptorlarının düzgün işləməsinə cavabdehdir.
 
Mütəxəssislər müəyyən edib ki, bu ailənin üzvləri bədənlərindəki hər hansı ağır-yüngül zədəyə də reaksiya vermirlər. Məsələn, həmin ailədəki qızlardan biri dağda xizəkdə sürüşərkən ayağından ağır sınıq zədəsi alsa da, o, buna əhəmiyyət vermədən sürüşməyə davam edib.
 
Sultan Laçın

Загрузка...
Загрузка...