“BBC” cəbhə bölgəsindəki son hadisələrlə bağlı Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasını şərh edib

Britaniyanın məşhur yayım şirkəti “BBC” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cəbhə bölgəsindəki son hadisələrlə bağlı açıqlamasını şərh edib.
Məqalədə qeyd edilir ki, beynəlxalq qurumların müraciətlərini nəzərə alaraq Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Bununla yanaşı, vurğulanır ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi təqdirdə hücum əməliyyatlarını davam etdirəcəyini bildirib.