Bazardakı özbaşınalıq aradan qaldırıldı: sakinlərə şad xəbər - Fotolar

Nizami rayonunda yerləşən "Vosmoy" (8-ci kilometr) bazarındakı özbaşınalıq və nəzarətsizlik bu gündən etibarən ardan qaldırılıb.
Musavat.com-un məlumatına görə, bazar ərazisindən kənarda olan ticarət köşkləri yığışdırılıb.
Bu gündən etibarən yol kənarlarında olan, avtomobillərin və piyadaların hərəkətinə problem yaradan ticarət köşkləri polis əməkdaşları tərəfindən yığışdırılıb. Bazarda Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları növbə çəkir və qadağan olunmuş ərazilərdə ticarətlə məşğul olmağa icazə vermir.
Bunun da nəticəsi olaraq, bazarətrafı yollarda hərəkət normal vəziyyətə qayıdıb, avtomobillər sərbəst şəkildə hərəkət edə bilir.
Xatırladaq ki, bazar ətrafındakı özbaşınalıq və nəzarətsizlik uzun müddətdir ki, narazılığa səbəb olurdu. Bazar qarşısında yaranan tıxac da Bakı sakinlərini narazı salan hallardan idi. Bir neçə gün əvvəl istifadəyə verilən avtodayanacaq bu problemi aradan qaldırdı. İndi isə, qanunsuz ticarət köşklərinin yığışdırılması ilə piyadaların və maşınların sərbəst şəkildə hərəkəti təmin edilib.