Bazarda oğurluq etmək istəyən qadını soyundurub döydülər - VİDEO

 
 
Bazarda alverçi qadınlar oğurluq cəhdində suçladıqları həmcinslərini  amansızlıqla cəzalandırdılar.
 
Moderator.az xəbər verir ki, Özbəkistanda baş vermiş olayı təsvir edən video-görüntülər “Feysbuk”da  “Uzbek MDK”  adlı sosial qrupda yerləşdirilib.  
 
Hazırda Özbəkistan KİV-də ciddi müzakirələrə səbəb olmuş videodan göründüyü kimi, satıcılar oğurluqda şübhəli bilinən qadının paltarlarını əynindən çıxararaq saçından dartıb sürüyür, əl və ayaqlarıyla  amansızlıqla döyürlər. Kadr arxasında kişi səsləri də eşidilir. Döyülən qadın özünü müdafiə edə bilmir, yalnız mümkün qədər üst-başını örtməyə çalışır. 
 
“Məhkəmə”  yalnız alverçi həmcinsləri lüt qadını  elə o vəziyyətdə küçəyə çıxartmaq istəyəndə bitir. Səsi eşidilən kişi onun paltarlarını qaytarmayaraq çılpaq şəkildə küçəyə buraxmağı təkid edir. Lakin bazar işçisi olan digər bir qadın oğurluqda şübhəli bilinən qızı məhz qadın olduğundan müdafiə etməyə çalışır və onun bu vəziyyətdə küçəyə çıxmasının hamı üçün eyib olacağını anladaraq qızışmış həmkarlarını sakitləşdirməyə nail olur. Nəticədə döyülmüş qadının paltarlarını qaytarıb buraxırlar.
Görüntülərə şərh yazan əksər oxucular belə olayların özbək xalqı və müsəlmanlar üçün başalçaqlığı olduğunu vurğulayır.
 
Sultan Laçın

Загрузка...
Загрузка...