Bayramımız-Bayrağımız- mübarək! - FOTO, VİDEO

 
Bu gün, Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət atributlarından biridir. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
AXC hökumətinə rəhbərlik edən Fətəli xan Xoyskinin, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin, sonralar Parlamentin sədri olmuş nüfuzlu şəxsiyyət, Əlimərdan bəy Topçubaşinin və digər şəxslərin bayrağının yaranmasında böyük xidmətləri olmuşdur.

Üçrəngli bayrağımız SSRİ adlanan mənfur kominist diktaturasının vaxtında qadağan olunsa da, haqq-ədalət öz hökmünü verdi. 1988-ci il eks-prezident Əbülfəz Elçibəyin liderliyi ilə başlayan Azadlıq hərakatının mübarizəsi nəticəsində bayrağımız yenidən özümüzə qaytarıldı

17 noyabr 2009-cu il tarixində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 noyabr tarixinin Dövlət bayrağı günü kimi qeyd olunmasına dair sərəncam imzalayıb.
 
Turaninfo..az ailəsi olaraq Bayraq günü münasibəti ilə bayrağın müqəddəsliyini dərk edən, bayrağı şərəfi, namusu hesab edən, bayraqla qürur duyan, yüksək tribunalarda, arenalarda ay ulduzlu üçrəngli bayrağımızı şərəflə dalğalandıran, ucaldan hər kəsin bayramını təbrik edirik.

Vətən torpaqlarının qorunması uğrunda sinəsini sipər, canlarını qurban gedən bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik! 
 
Bayraq günü münasibətilə jurnalist Röyanın hazırladığı videonu təqdim edirik: