Bayram Kürdəxanılının ölümü ilə bağlı cinayət işi açıldı - FOTO/VİDEO (YENİLƏNDİ)

 
Tanınmış meyxanaçı Bayram Kürdəxanılının (Bayramqulu Quliyev) ölümü ilə bağlı cinayət işi açılıb.
Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, Bayram Kürdəxanılının avtomobillə vurulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. (apa)
***
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vurub.
Publika.az bildirir ki, hadisə Kürdəxanı qəsəbəsində baş verib.
Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbədə yolu keçərkən "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub.
Nəticədə Bayram Kürdəxanılı ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü meyxana ustasını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və yaralıya ilk tibbi yardım göstərilib.
Meyxanaçının sənət yoldaşı və dostu, meyxana ustası Ağamirzə Məmmədov bildirib ki, Bayram Kürdəxanılı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən avtomobil tərəfindən vurulub.
Həkimlərin sözlərinə görə, Bayram Kürdəxanılı ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 3 Saylı Kliniki Tibbi Mərkəzin həkimləri onun vəziyyətini ağır kimi qiymətlənidiriblər.
Fakt araşdırılır.
***
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.
Publika.az "Report"a istinadən bildirir ki, hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...