“Baxçalı”dan bozqurd işarəli fotoya çox sərt təpki - Video

 
Bir əsgərin başının kəsilməsi vəhşilikdir.
 
Axar.az xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı öz partiyasının qurultayında çıxışı zamanı söyləyib.
 
Onun sözlərinə görə, kimin günahkar olub-olmadığını bilmədən əsgərlərin kəmərlə döyülməsi, bıçaqlanması milli vicdana tərsdir:
“Başı kəsilmiş əsgərin başının üzərində dayanıb bozqurd işarəsi göstərən həmin iblis dərhal digər qiyamçılarla birgə cəzalandırılmalıdır. Bu şərəfsiz anasından doğulduğuna peşman edilməlidir. Məhmətciyə işgəncə vermək nə deməkdir? Türkiyə ordusunun hamısını çevrilişdə günahlandırmaq kimə nə qazandıracaq?”