Baxçalı nöqtəni qoydu: “AKP gətirsin, baxaq…”

 
Kim deyib ki, biz prezidentlik sisteminə müsbət baxırıq? MHP parlament respublikasının tərəfdarıdır.
 
Axar.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında danışarkən deyib.
 
Onun sözlərinə görə, prezidentlik sistemi ilə bağlı partiyasının qərarı yaxın vaxtlarda açıqlanacaq:
 
“Bu günə qədər millətə qarşı addım atmadıq, atmayacağıq. Müxaliflik etməklə, tənqid etməklə millətimizin gözləntilərini qarşılamayacağımızı yaxşı bilirik. Türkiyənin problemlərinin fərqindəyik. Hər təklifimiz, dəyərləndirməmiz buna hesablanır. Biz dövlətin dirəndiyini, konstitusiyaya riayət edilmədiyini deyirik. 15 iyuldan sonra yaranan siyasi vəziyyət yeni ehtiyaclar yaradıb.
 
Prezidentlik sistemi Türkiyə idarəçiliyinə ziddir. Bizim prezidentlik sisteminə müsbət baxdığımızı kim deyib? MHP parlament respublikasının tərəfdarıdır.
 
AKP-nin konstitusiya təklifi hələlik məlum deyil. Parlamentdə müzakirə olmayıb. Bizim ağzımızdan “hə”, ya da “yox” çıxmadan referendum keçirib nəticəni elan edənlər çevriliş tərəfdarlarıdır. Biz Məclisdə “hə” desək, xalqın da qarşısında deyərik.
 
MHP təklifi müzakirə edib qərarını açıqlayacaq. AKP-nin təklifi parlamentdə qəbul edilsə, referendumun keçirilməsindən heç kim qorxmasın. AKP nə hazırlayıbsa, gətirsin, baxaq.