​Başaçıq şəkil çəkdirən qadına edam tələbi - “Meyitini itlərə atın”!

 
Səudiyyə Ərəbistanında  Malak al-Şehri adlı qadın başaçıq foto çəkdirib sosial şəbəkədə paylaşdığı üçün həbs edilib.
 
Teleqraf.com xəbər verir ki, Malak al-Şehri "Tvitter"də hicabsız gəzəcəyini bəyan edəndən sonra başaçıq formada al-Tahliya küçəsinə çıxıb və şəkilini çəkərək sosial şəbəkədə paylaşıb.
 
Yerli sakinlərin bir qismi 20 yaşlı qadının edam edilməsini tələb edir.  Hətta "biz qan istəyirik", "onu öldürüb meyitini itlərə atın" kimi radikal tələblər irəli sürənlər də varş
 
Daxili İşlər Nazirliyinin məlumatına görə, Malak al-Şehri eyni zamanda "zinanı müdafiə etməkdə" ittiham olunur. "Polis əxlaq qaydalarını qoruma vəzifəsinə uyğun davranaraq Malak al-Şehrini həbs edib", deyə məlumatda qeyd olunur.
 
Radikal mühafizəkarların edam tələbindən sonra "Tvitter" hesabını bağlayan qadını müdafiə edənlərə də rast gəlinir.

Загрузка...
Загрузка...