​Baş prokurordan təcili göstəriş: “İşə qadınları götürün, çünki...”

 
Qazaxıstanın baş prokuroru Jakip Asanov seksual xarakterli cinayət işlərini qadın prokurorlara tapşırmaq təklifini irəli sürüb.
 
Turaninfo.az  xarici mediaya istinadla xəbər verir ki, baş prokurorun fikrincə, hüquq-mühafizə orqanları zorlama və uşaqbazlıq əməlləri haqda az məlumatlıdırlar.
 
Baş prokuror kollegiya iclasında deyib ki, prokurorluq orqanlarında qadın kadrlar kifayət qədərdir: "Əgər çatışmazlıq varsa, onları işə götürməliyik. Bu, təcili məsələdir, onu tez həll etməliyik. Vilayət prokurorlarına vaxt veririrəm, bir həftə ərzində araşdırın və bu cür cinayətləri kişi prokurorlara tapşırmaqdan vaz keçin".

Загрузка...
Загрузка...