Baş prokuror: “Saakaşvili təcridxanaya yerləşdirildi”

Baxış sayı: 
118

Kiyevdə saxlanılan Mixeil Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Turaninfo.org-un UNİAN-a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna baş prokuroru Yuri Lutsenko bəyan edib.
Onun sözlərinə görə, M.Saakaşvili Kiyevin Otradnoye küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Bundan sonra müvafiq istintaq hərəkətləri və məhkəməyə müraciət nəzərdə tutulub”, deyə Y.Lutsenko bildirib.

Загрузка...
Загрузка...