Baş nazir: Ukrayna “Eurovision”dan imtina etməyəcək”

Ukraynanın baş naziri Vladimir Qroysman bəyan edib ki, ölkəsi “Eurovision” mahnı müsabiqəsinin təşkilindən imtina etməyəcək.
“Heç bir halda. Hesab edirəm ki, bu, bizim üçün böyük şərəfdir. Biz “Eurovision”un yüksək, peşəkar səviyyədə təşkil olunması üçün bütün səylərimizi qoymalıyıq”, - Musavat.com xəbər verir ki, baş nazir “1+1” telekanalına müsahibəsində deyib.
Bundan əvvəl Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk bildirmişdi ki, Ukrayna həddidndən artıq xərcin tələb olunması uzundan “Eurovision-2017”nə ev sahibliyi hüququnu başqa ölkəyə verə bilər.
“Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko isə maliyyə nazirinin “Eurovision-2017”nin başqa ölkədə keçirilə biləcəyi ilə bağlı bəyanatını etirazla qarşılayıb və bunu “milli heysiyyətin alçaldılması” adlandırıb.