Baş nazir istefa verdi

Panama sənədlərində adı keçən İslandiya baş naziri Siqmundur Devid Qanlauqson istefa verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Reuters agentliyində yer alıb.
Məlumata görə, Panama sənədləri mətbuata sızandan sonra İslandiya siyasi kriz yaşanmış, 9 min insan küçələrə tökülərək etiraz etmişdi.
Qeyd edək ki, hadisədən sonra baş nazir  Qanlauqson prezidentə müraciət edərək, erkən seçkilər keçirməsini istəmişdi. Lakin dövlət başçısı Olavur Raqnar Qrimsson bu tələbi rədd etmişdi.