​Barselona terrorçuları türk restoranında... – Hadisə şahidi/Video

 
Barselonada 13 nəfərin ölümü ilə nəticələnən terror hücumu zamanı ən həyəcanlı dəqiqələr Türkiyə vətəndaşına məxsus “Luna De İstanbul” adlı restoranda yaşanıb.
 
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, restoranın sahibi 27 yaşlı Ercan Can terrorçuların restorana girmək istədiyini deyib.
 
Hadisə zamanı möhkəm səs eşidib restorandan çölə çıxan Ercan Can yük avtomobilinin divara çırpıldığını gördüyünü söyləyib: “İnsanlar qaçışırdı. Nə baş verdiyi başa düşə bilmirdim. Küçədəki bir neçə nəfər həyəcanlı halda bizim restorana gəldi. Nələrinsə tərs getdiyini anladım, müştərilərin və işçilərin həyatını xilas etmək üçün dərhal restoranın qapısını bağladıq.
 
Dostlar deyir ki, bizim restoranın qapısının bağlı olduğunu görən terrorçular binaya tərəf gediblər. İddialara görə, onlar binanın damından qaçıblar. Polis hadisədən sonra bizim restorana gəldi və bir neçə yaralıya bizim restoranda ilkin tibbi yardım göstərdik”.
 
Ercan Can 11 il əvvəl Diyarbəkirdən Barselonaya getdiyini və orada iş qurduğunu bildirib.
 
Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb. İŞİD terror qruplaşması Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Загрузка...
Загрузка...