Barak Obama: “Terrora görə müsəlmanları suçlamaq olmaz”

ABŞ prezidenti Barak Obama Brüsseldə baş verən terror olaylarına görə bütün müsəlmanlara yarlıq yapışdırmamağa çağırıb.
Turaninfo.az-ın Musavat.com-a istinadən  məlumatına görə, özünün həftəlik müraciətində Ağ Ev başçısı bildirib ki, bu cür ittihamlar müxtəlif icmalar arasında düşmənçilik salmağa çalışan terrorçuların xeyirinə işləyə bilər.
Obama öz müraciətində Brüsseldə həlak olanların xatirəsini anıb və bildirib ki, qanlı terror aktında iki amerikalı həlak olub, 14-ü yaralanıb. 
“Amerikalı müsəlmanlar ABŞ cəmiyyətinin inkişafına çox mühüm töhfə verir. Biz hamını bir dırmıq altına yığmağa yönəlik istənilən cəhdin qarşısını almalıyıq. Belə cəhdlər bizim xarakterimizə, dəyərlərimizə, həmçinin, əsas prinsiplərindən biri etiqad azadlığı olan xalqımızın tarixinə yaddır. Bundan əlavə, bu cür cəhdlər kontur-produktivdir” – qeyd edib ABŞ prezidenti.