Barak Obama Rusiya ilə normal əlaqələr qurmaq istəyir

ABŞ prezidenti Barak Obama Rusiya ilə yaxşı əlaqələr qurmaq istəyir.
Musavat.com xəbər verir ki, B.Obama bu haqda Almaniyanın Hannover şəhərində Avropa ölkələrinin liderləri ilə görüşdə çıxış edərkən bildirib. B.Obamanın fikrincə, Vaşinqton normal əlaqələr qurmaq üçün çox iş görüb.
B.Obamanın çıxışı “CNN” telekanalı vasitəsi ilə yayınlanıb. Buna baxmayaraq, Vaşinqtonun Moskvaya qarşı olan sanksiyaları ləğv etməyə tələsmədiyi də bildirilib.