Barak Obama Orlandoda törədilən qanlı hadisə ilə bağlı açıqlama verdi

ABŞ prezidenti Barak Obama kameralar qarşısına keçərək bu gün Orlandoda gecə klubunda baş verən və 50 nəfərin ölümünə, 53 nəfərin yaralanmasına səbəb olan qanlı hadisədən danışıb.
Turaninfo.az-ın  xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Obamanın açıqlamasında aşağıdakı ifadələrə yol verib.
"Federal Təhqiqat Bürosu bu hücumu bir terror aktı kimi dəyərləndirməkdədir. Hadisənin terrorla əlaqəsinin otraya çıxarılması üçün hər cür tədbirlərin görülməsi üçün göstəriş verdm”,- deyə prezident Obama bildirib.
Obama ABŞ təhlükəsizlik orqanlarının hər gün bu cür aktların baş verməməsi üçün öz həyatlarını təhlükə altına ataraq  fədakarlıq göstərdiklərini söyləyib.
Obama etnik, cinsi mənsubiyyət, dini, hər nə olursa, olsun terrorun hər kəsi hədəf altına aldığını bildirib.
ABŞ prezidenti hadisəni ABŞ tarixinin ən böyük qətliamı olaraq qiymətləndirib.
Barak Obama ölkəsində bu cür hadisələrin törədilməsi üçün silah alınmasının olduqca asan olduğunu ifadə edərək,  siilah satışına məhdudiyyət qoyulmasının vacibliyinə işarə vurub.