Barak Obama: Liviya mənim ən böyük xarici siyasət səhvimdir

Barak Obama Liviyada əməliyyatı özünü ən böyük səhvi elan edib.
Turaninfo.az  xarici medyaya istinadən xəbər verir ki, ABŞ-ın Liviya münaqişəsinə hərbi müdaxiləsi indiki prezidentin ən böyük xarici siyasət sahəsində səhvi hesab olunub.
Bu barədə Barak Obama özü İndiana ştatının Elkhart şəhərində etdiyi çıxış zamanı bəyan edib.
“Mən əvvəllər də demişəm ki, beynəlxalq koalisiyanın tərkibində Liviyaya müdaxilə edilməsini özümün ən böyük xarici siyasət səhvim hesab edirəm” deyə o bildirib.
Ağ evin rəhbəri etiraf edib ki, Liviya rəhbəri Muammər Kaddafi rejimi devrilməsindən sonra Şimail Atlantika Alyansı (NATO) orada siyasi sabitliyi təmin edə bilməyib və ölkədə yeni hökumətin formalaşmasına kömək edə bilməyib.
Obamanın sözlərinə görə hazırda bu ərəb ölkəsində əsl xaos hökm srürür.
Qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası tərəfindən Liviyaya tətbiq edilən silah embarqosu yumşaldıla bilər.
Bu məlumatı Obama adminstrasiyasıındakı mənbələr də təsdiq edir.
ABŞ-ın bunula bağlı mövqeyinin dəyişməsinə səbəb Liviyada milli etimad hökumətini qurulması və ölkənin üçüncü ən böyük şəhəri sayılan Misuratada “İslam dövləti” adlı terror təşkilatının fəallaşması olub.