Barak Obama: "Amerika cəmiyyətində irqçilik və sosial bərabərsizlik indiyə kimi müşahidə olunur"

Turaninfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama Vaşinqtondakı Hovard universitetində diplomların verilməsi mərasimində məzunlar qarşısındakı çıxışında deyib. ABŞ prezidenti qeyd edib ki, irqçilik və sosial bərabətsizlik hələ də qalmaqdadır.
Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı qlobal böhrandan dünyanın istənilən ölkəsi ilə müqayisədə uğurla çıxıb. Amma ölkədəki bütün irqlərin nümayəndələri arasında hələ də əzab çəkən insanlar var.
Onlar əvvəlki kimi işi tapa bilmirlər. ABŞ prezidenti qeyd edib ki, ölkədə işsizliyin səviyyəsi 5% təşkil edir: "Qaradərili əhali arasında bu rəqəm demək olar, 9%-ə çatır".
Bununla belə, Obamanın sözlərinə görə, Afrika əsilli amerikalılar əvvəlki on illiklərlə müqayisədə bu gün yaxşı yaşayırlar. Afroamerikalılar şou-biznesdə əsas mövqeləri tuturlar, Konqresdə təmsil olunurlar. Onlardan biri Birləşmiş Ştatların prezidentidir.