​Bankların fırıldaqçı qazanc yolu: Bu dəfə də…

Baxış sayı: 
216
0  
0  

 
    
 
Ölkənin maliyyə sektorunda baş verən böhran bankları ağır vəziyyətə salıb.Bankların əksəriyyətinin müflis vəziyyətdə olduğunu nəzərə alsaq, vəziyyətin əslində nə yerdə olduğunu görmək mümkündür.Bankların vəziyyətdən çıxmaq üçün atdığı müxtəlif addımlar isə birmənalı qarşılanmır.Ekspertlər hesab edir ki, baş verənlər əslində bankların nəzarətsiz fəaliyyətinin nəticəsidir.Bu bankların zərərinə olsa da, müəyyən qədər atılan addımlar bankların xeyrinə olur.Son günlərdə isə bankların maliyyə durumunu yaxşılaşdırması üçün atdığı addımlar heç də birmənalı qarşılanmır.
 
İddia olunur ki, banklar əlavə vəsait əldə etmək üçün qanunsuz addımlar atırlar.Belə ki, bankların sığorta şirkətlərindən vəsait almaq üçün müəyyən addımlar atırlar.İddialara görə banklar sığortalanan əmanətlərin (bankların donorlar təşkilatlardan aldığı əmanətlər) qaytarıla bilməməsini səbəb kimi göstərərək sığorta şirkətlərindən böyük məbləğlərdə vəsait cəlb edirlər.Nəzərə alsaq ki, sığorta şirkətləri bir çox hallarda məhz bankların tərkibində yaradılır, bu addımın atılmasında qaranlıq məqamların olduğu qaçılmazdır. İddialarda da deyilir ki, bu proses məhz bank-sığorta sövdələşməsindən irəli gələn prosesdir.
 
İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə şərhində belə bir mexanizmin olmadığını bildirib. F.İbrahimov hesab edir ki, bank qanunvericiliyə uyğun olaraq rəsmən müflisləşdiyini elan edərsə, ancaq o, zaman sığorta agentliyinə müraciət edə bilər:
 
 “Sığorta hadisəsi baş vermədikdə, bankların sığorta agentliklərindən necə pul alması mexanizmi ilə tanış deyiləm. Yalnız bankların əhalidən götürdüyü depozitlərin sığortalanması mexanizmi var ki, bu da Əmanətlərin Sığrotalanması Fondu tərəfindən aparılır.Sonradan Əmanətlərin Sığortalanması Fondu texniki defolta uğradı.Yəni, əmanətlərin qaytarılması müəyyən məbləğə çatanda Fondun vəsaitləri tükəndi və hökumət bu işlərə kömək etdi.Ola bilər ki, hansısa bank cəlb etdiyi kapitalı aktivləşdirəndə hansısa sığorta təşkilatı ilə rəsmiləşdirir.Bu artıq başqa məsələdir.Elə bir predmet varsa, vəsaitlər təyinatı üzrə istifadə olunub, ancaq iflasa uğrayıbsa, onda şübhəsiz ki, sığorta halı baş verə bilər.Əgər sövdələşmə varsa.Yox, əgər bank vəsaiti cəlb edib, ancaq sonra aidiyyatı üzrə işlədə bilməyibsə, o, zaman sığortaya müraciət etməyin heç bir əsası yoxdur.Əgər əsas yoxdursa, belə bir halın baş verməsi mümkün deyil. Müflisləşmə haqqında qanunun tələblərinə uyğun bu proses həll olunarsa, belə bir halda bank növbəti addımı atır. Əgər bu qanunun tələblərinə uyğun proses getmirsə, o, zaman da bank heç bir tələb irəli sürə bilməz. Bizdə isə bu qanun hələ də tam şəkildə təkmilləşdirilməyib”.
 
Vilayət Muxtar
Cebhe.info

Загрузка...
Загрузка...