Banklar susur, faizlər isə qalxır - VİDEO

 
 
 
Əvvəllər gecikmə müddəti 3 ayı keçən kimi vətəndaşı məhkəməyə verən əksər banklar, indi susqunluq nümayiş etdirirlər.
 
Qanun, banklara kreditini gecikdirən, ya da ödəməyənlərə 3 illik iddia müddəti tanıyır. Ancaq əksər banklar bu vaxta qədər müqavilə şərtlərini əsas gətirərək bunu 3 ay sonra edirdilər. İndi isə adı problemli kreditlər siyahısına düşənlərə bank tərəfindən bir neçə dəfə zəng edilsə də məhkəməyə verilmir. Hətta 8-aydan çoxdur aylıq ödənişıni etməyənlər məhkəməyə verilmir.
 
Banklar devalivasiyadan sonra kredit götürənin ödəmə  qabiliyyətinin aşağı düşdüyünü bildiyi halda faiz və cərimələrin yığılması üçün məhkəməyə müraciət etməzsə, bu zaman vətəndaş hərəkətə keçməlidir. Şəxsin özünün məhkəməyə müraciət etməsi onu faizlərin yığılmasından azad edə bilər. İşi artıq məhkəmədə olanlar daha diqqətli olmalıdırlar.
 
Anar Ramazanovun sözlərinə görə, sübutların toplanılması, iddia ərizəsinin yazılması və məhkəməmə xərclərinin ödənilməsi baxımından da banklar gözləmə mövqeyi seçiblər.