​“Bank Standard” Gülər Əhmədovanın 27 minini qaytarmır?

 
“Bu məsələlər tezliklə öz həllini tapmalıdır, vətəndaşlar incidilməməlidir”
 
Oktyabrın 21-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
 
Gununsesi.info-nun əməkdaşının verdiyi məlumata görə, iclasda “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə (ikinci oxunuşda) çıxarılıb. Komitənin üzvü Vahid Əhmədov qanun layihəsinin müzakirəsi zamanı Azərbaycanda fəaliyyət göstərən bankların bağlanmasının əleyhinə olduğunu deyib. Bundan başqa V.Əhmədov “Bank Standard”ın fəaliyyətinin dayandırılmasından sonran yaranan problemlərə də toxunara bildirib ki, hazırda depozitlərin vətəndaşlara qaytarılması istiqamətində ciddi problemlər yaranıb: “Belə ki, bu yaxınlarda sabiq millət vəkili Gülər Əhmədova mənə müraciət edərək 27 min ABŞ dolları məbləğində əmanətini bu gün “Bank Standard”an geri ala bilmir. Bank vətəndaşın əmanəti geri qaytarmaq istəmir. Bank bunun səbəbini onunla izah edir ki, əmanət vaxtı ilə dolların məzənnəsi 0,78AZN olanda qoyulub. İndi isə dolların məzənnəsi 1.60 AZN-dən yuxarıdır. Bank manatın dollar qarşısında dəyər istirməsinin əsas gətirərək, əmanətin yalnız 17 min ABŞ dollarını geri qaytarmaq istəyir. Yerdə qalan 10min ABŞ dollarını qaytarmaq istəmirlər”.
 
Sonda Vahid Əhmədov bildirib ki, bu məsələlər tezliklə öz həllini tapmalıdır, vətəndaşlar incidilməməlidir.