Bank rəhbəri ekspertdən baş prokurora şikayət etdi

Azərbaycanda bank sədri iqtisadçı ekspert barəsində baş prokurora şikayət edib.
Turaninfo.az “Qafqazinfo”a istinadən  xəbər verir ki, bu barədə ekspert Əkrəm Həsənov sosial şəbəkədə yazıb. O bildirib ki, Bank VTB Azərbaycan ASC-nin İdarə Heyətinin sədri Yakovlev Yuriy Dmitriyeviç Baş prokurora şikayət edib. Bank rəhbəri müraciərində ekspertin facebook səhifəsində Mərkəzi Bankı və onun sədrini təhqir etdiyini, banklara əleyhinə statuslar yazdığını, borcluları kreditlərini ödəməməyə çağırdığnı bildirib. Eyni zamanda müştəriləri Rusiya banklarına, o cümlədən VTB-yə etibar etməməməyə səsləyir. O, facebook statuslarının bir qismini də şikayətə əlavə edib.
Ekspert isə şikayətə cavab olaraq bildirib ki, heç vaxt heç kəsi təhqir etməyib: “Maarifləndirmə məqsədi ilə bankların qanunsuz fəaliyyətindən, müştərilərinin hüquqlarını pozmasından yazmışam, yazıram və Allahın izni ilə yazacağam da. Hüquqşünas olmağım bir tərəfə, vətəndaş və tədqiqatçı kimi düzgün hesab etdiyim fikirlərimi bölüşmək borcumdur”.