"Bank Respublika"dan — biabırçı açıqlama

 
 
"Bank Respublika" plastik kartlar üzrə yeni limitlər tətbiq etməyə başlayıb.
 
Ölkə.Az xəbər verir ki, bank bunu müştərilərinin "sui-istifadəçiliyi" ilə əlaqələndirib. Bankın açıqlamasını olduğu kimi təqdim edirik:
 
Bankın təklif etdiyi sərfəli mübadilə tariflərindən bəzi müştərilər tərəfindən sui-istifadə halların davam etməsini nəzərə alaraq Bankın plastik kart xidmətlərindən xaricdə istifadə edən müştərilərin əməliyyatlarını normal qaydada icra olunmasını təmin etmək məqsədilə yeni limit tədbiq olunmuşdur.
 
Beləki, 26.08.2016 tarixindən etibarən “Bank Respublika”-nın kartları vasitəsi ilə milli valyutanın xarici valyutaya mübadiləsi baş verən bütün ölkədaxili əməliyyatlarının keçirilməsi dayandırılacaq.
 
Əməliyyat növləri:
 
- AZN valyutalı kartdlaran xarici valyutada Card to Card əməliyyatları;
 
- Xarici valyutalı kartlardan AZN valyutasında mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit);
 
- AZN valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code);
 
- AZN valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatları;
 
- Digər bankların kartlarından “Bank Respublika”-nın xarici valyutada olan kartına AZN ilə köçürmə əməliyyatları (Card to Card);
 
Limit və tariflər üzrə növbəti dəyişiklər haqqında bank tərəfindən məlumat veriləcək.