Balotelliyə xəbərdarlıq edildi

"Milan" futbol komandasında icarə əsasında çıxış edən Mario Balotelli, "Liverpul"da olduğu kimi ümidləri doğrultmayıb.
Musavat.com xəbər verir ki, "Milan" klubunun vitse prezidenti Adriano Qalliani Balotelliyə xəbərdarlıq edərək, lazım olan səviyyəyə gəlməyini istəyib. Jurnalistlərə açıqlama verən Qalliani bildirib ki, Balotelli "Liverpul"dan transfer məbləğini ödəmək üçün daha çox çalışmalıdır.
Bundan əlavə Qalliani bildirib ki, Balotelli indiki forması ilə "Milan"da qalmağa layiq deyil.
Qeyd edək ki, "Milan" formasıyla 17 oyun keçirən Balotelli 3 dəfə fərqlənə bilib.