Bal yarmarkasında mübahisə: Banka gətirməyə icazə verilmədi

 
Bu gün Bakıda keçirilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında arıçılarla Kənd Təsərrüfatı Nazirliyi arasında mübahisə yaranıb.
 
Balsatanlar Teleqraf.com-a bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi onlara özləri ilə şüşə qablar (bankalar) gətirməyə icazə vermir: "Nazirlik yarmarkaya özümüzlə şüşə qablar gətirməyə icazə vermir. Əvəzində bizdən yarmarkada satılan və ölçüsü 700 ml təşkil edən bankaları 50-60 qəpiyə almağı tələb edir. Biz bunu ancaq inhisarçılıq halı kimi qəbul edirik".
 
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bildirib ki, bu tədbir sərgi-satış yarmarkasına saxta balların daxil olmasının qarşısını almaq məqsədilə görülür.