“Baku Bus”un xadiməsinin 5000 manatı oğurlandı

 Bakıda oğurluq etmiş şəxs polis tərəfindən tutulub.
Lent.az-ın məlumatına görə, mayın 25-də Zığ qəsəbəsəində yerləşən "Baku Bus"un avtobus parkının mətbəxindən orada xadimə işləyən 1974-cü il təvəllüdlü Paşayeva Şəfəq Mahmud qızının 5 manat pulu oğurlanıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Biləcəri qəsəbə sakini, 1983-cü il təvəllüdlü Mahir Allahverdiyev tərəfindən oğurlanması müəyyən edilib və mayın 28-də o tutulub.
 Qeyd edək ki, pulu oğurlanan qadın Qaraçuxur qəsəbəsindəki nömrəsiz evdə kirayə yaşayır.
 Faktla bağlı araşdırma aparılır.