Bakıya gələn erməni hüquq müdafiəçisi ilə görüş keçirilir – FOTOLAR

 
Hazırda Bakıda olan dissident erməni yazıçısı Vahe Avetyanla hüquq müdafiəçilərinin , diplomatik korpusların və dövlət qurumlarının təmsilçilərinin “Hyatt regensy” otelində görüşü keçirilir. Görüşün təşkilatçısı Milli QHT Forumudur.
 
Görüş keçirilən məkanda olan əməkdaşlarımızın sözlərinə görə, əvvəlcə Avetyanla hüquq müdafiəçilərinin görüşünə yerli mətbuatdan yalnız “AzerTac”ın əmədaşlarının buraxıblar, digər media təmsilçilərini görüşə dəvətli olmadıqları üçün qapı arxasında saxlayıblar.
 
Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı bildirilir. Uzun sürən mübarizədən sonra digər agentliklərin, sayt və qəzetlərin təmsilçiləri də zala buraxılıb.
 
Virtual.az-ın xəbərinə görə, konfranslara çıxış edən Vahe Avetyan Azərbaycan və Ermənistan gəncləri arasında əlaqələrin qaydaya salınmasına ehtiyac olduğunu bildirib.
 
“Bizim gənclərimizin radikallaşması məni çox narahat edir. Bizim nəsilimiz iki ölkənin gəncləri qarşısında günahkardır, ona görə ki, biz onlara düşmən münasibətlərini miras qoyduq. Biz səylərimizi iki xalqın barışığı üçün cəmləməliyik”, — Avetyan deyib.
 
Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycan və erməni xalqları sonrakı taleyini özləri həll etməlidirlər-kənar güclərin müdaxiləsi olmadan.
 
Qeyd edək ki, İsveçdə yaşayan erməni yazıçısı artıq iki gündür ölkəmizin paytaxtındadır. O, burada şəhəri gəzir, görüşlər keçirir, öz təəssüratlarını sosial şəbəkədəki izləyiciləri ilə bölüşür.
 
Bundan başqa, Avetyan bu gün çoxdankı arzusunu həyata keçirərək, Xocalı abidəsinə əklil qoyub.
 
P.S. O da məlum olub ki, saat 2-də Ermənistanda yaşayan ermənilər skype vasitəsilə tədbirə bağlanacaqlar.