Bakıya daha bir erməni gəldi

Erməni jurnalist və ictimai xadim Süzan Caginyan Bakıya gəlib
 
Gözlənildiyinə görə, haqqin-az və virtualaz-org-un ştatdankənar əməkdaşı olan Caginyan Bakıda keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxışlar” konfransında iştirak edəcək.
Öncə haqqin-az və virtualaz-org-un ünvanına yazdığı məktubda Süzan Caginyan uzun illər ərzində hüquqlarının pozulduğu Ermənistan vətəndaşlığından imtina etmək istədiyini bildirmişdi.
Azərbaycan nəşrlərinə müraciətindən sonra hakimiyyət yönümlü Ermənistan KİV-də Caginyana qarşı kampaniya başlamış və onu terrorçuluqda ittiham etmişdilər.
* * *
Ermənistan rəhbərliyi “Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Caqinyanın Azərbaycanda keçirilən “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransa iştirakına mane olub.
Bu barədə Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.
Qeyd edib ki, Suzanna Caqinyana qarşı təzyiqlərə baxmayaraq, o, Ermənistanı tərk edərək yaxın saatlarda Bakıda olacaq.
Erməni jurnalist Sarkisyan hakimiyyətinin onlara göstərdiyi təzyiqlər barədə Bakıda mətbuata açıqlama verəcək.