Bakının məşhur gecə klubu - "İnfiniti"ni niyə bağladılar?

 
Bakının mərkəzində yerləşən “Infiniti” gecə klubu bağlanıb.
 
Missiya.Az xəbər verir ki, vu barədə vesti.az məlumat yayıb. Məlumata görə, klubunun bağlanmasına Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsində yerləşən bina sakinlərinin çoxsaylı şikayətləri səbəb olub.
 
Sakinlər bildiriblər ki, gecə saatlarında spirtli içki qəbul edərək klubda əylənənlər söyüşləri ilə ətrafda yaşayanları narahat edirdilər.
 
Sözügedən məkanın adminstrasiyası ilə əlaqə saxlamaq mümkün olmayıb.