Bakının mərkəzindəki gecə klubunda 3 kişi 1 qadını döydü

 
Bakının mərkəzində yerləşən gecə klublarından birində xuliqanlıq hadisəsi baş verib.
 
Ölkə.Az-ın Lent.az-a istinadən məlumatına görə, paytaxt sakini, 1984-cü il təvəllüdlü Məhəmmədova Aynurə Əsgər qızı  DİN-nin 102  xidmətinə zəng edərək məlumat verib  ki, oktyabrın 20-də gecə saat saat  04:30-da Rəşid Behbudov küçəsi 8 ünvanında yerləşən gecə klubunda tanımadığı 3 nəfər  şəxs  tərəfindən  döyülüb.
 
Faktla bağlı araşdırma aparılır.