Bakının döyüş tapşırığı İrəvanı QORXUYA SALDI: “Ermənistan ciddi zərbələrlə üzləşə bilər”

“Bizi qorxulu gələcək gözləyir”
 
Müdafiə naziri Zakir Həsənovun Ali Baş Komandanın tapşırıqlarına əsasən Silahlı Qüvvələr Mərkəzi Komanda Məntəqəsində keçirdiyi müşavirə düşmən tərəfindən ciddi narahatlıqla qarşılanıb.
 
Publika.az xəbər verir ki, general-polkovnik Z.Həsənov hərbi hissələrin, xüsusilə ön xətdə yerləşən bölmələrin döyüş hazırlığı, xidməti döyüş fəaliyyəti, bölmələrin manevr imkanları, qoşunların döyüş qabiliyyətinin artırılması, eləcə də düşmənin təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar müvafiq tapşırıqları bütün kateqoriyalardan olan komandir və rəis heyətinin diqqətinə bir daha çatdırıb.
 
Müdafiə nazirinin keçirdiyi müşavirə və orduya “Hazır ol!” tapşırığı Ermənistanı qorxudub.
 
“Lragir” saytı yazır ki, Azərbaycan Ordusu hər an tətikdədir: “Güman ki, rəqib (Azərbaycan) hərbidə və diplomatiyada yeni hücumlara hazırlaşır. Rəsmi Bakı artıq həm hərbi, həm də diplomatiya sahəsində ciddi addımlar atmaq, istədiklərinə nail olmaq səviyyəsindədir və müdafiə nazirinin keçirdiyi müşavirə də deməyə əsas verir ki, Ermənistan ciddi zərbələrlə üzləşə bilər”.
 
Erməni siyasi şərhçi Sarqis Artsruni isə yazır ki, Azərbaycanın məhvedici taktikanı seçib və bu, yalnız erməni cəmiyyətinin itkilərlə üzləşməsi ilə nəticələnir.
 
“Ermənistan cəmiyyətində ümidsizlik yaranır, çünki Azərbaycan öz qəti mövqeyindən geri çəkilmir, Ermənistan hakimiyyəti isə öz xalqını düşünmür. Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması prosesindən öz hakimiyyətinin maraqlarına uyğun istifadə edir və bunun fonunda bəzən Azərbaycan haqlı görünür. Azərbaycanın apardığı əldən salan müharibə və Ermənistan ordusunun dəhşətli vəziyyəti erməni xalqı üçün qorxulu gələcək vəd edir. Bunun əsas günahkarı isə Serj Sarkisyan hakimiyyətidir”, - deyə o bildirib.
 
Asif

Загрузка...
Загрузка...