Bakının 9 nəhəng ticarət mərkəzi çökür - Siyahı

 
 
Bakının ticarət mərkəzləri çöküş dövrünü yaşayır. Paytaxtın “Bakıxanov” ticarət mərkəzi, “Lotos” TM, “Sədərək”, “Binə”, “Karvansaray”, “Laçın”, “Xalqlar dostluğu”, “Avtovağzal” və “Velotrek” yarmarkaları müflis olmaqdadır...
 
Bu barədə Politika.Az-a verilən məlumata görə, alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb, ticarətçilər “qan ağlayır”, dollarla mal idxal olunması vəziyyəti daha da ağırlaşdırıb, hətta yer haqlarını ödəməyə imkan etmirlər.
 
Bu tendensiya davamlı şəkildə olarsa, ölkədə baş verən ixtisarların artacağı, böyük işsizlər ordusunun yaranacağı şübhəsizdir. Belə olan vəziyyətdə hökumət təcili addımlar atmalı, vəziyyətdən çıxış yolu axtarmalıdır.
 
Belə bir şəraitdə biznes strukturlarının sıradan çıxması qaçılmaz prosesdir və bunu tənzimləmək də hökumətin iradəsindən kənardadır:
 
Əslində, bu proses yeni yaranmayıb. Hökumətin yürütdüyü siyasət biznes azadlıqlarının məhdudlaşdırılmasına, məhdud çevrənin özündə də maliyyə problemlərinin yaşanmasına gətirib çıxarıb.
 
Onlar ciddi ziyanla üzləşirlər və vəziyyətdən çıxış yolu kimi məcburi ixtisarlara gedir, yer puluyla bağlı tələblər irəli sürürlər. Ölkədə rəqabət mühiti yoxdur və belə bir şəraitdə də ticarət mərkəzinin rəhbəri istədiyi şərti ticarətçilərə diqtə edir.
 
Politika.Az xəbər verir ki, paytaxtın ticarət mərkəzlərindəki böhran “Velotrek”dən də yan keçməyib.
 
Metronun “20 Yanvar” stansiyası yaxınlığındakı yarmarkada uzun müddətdir müştəri qıtlığı hökm sürür. Lökbatanda “Binə” və “Sədərək” bazarlarının yaşadığı durğunluq bu ticarət mərkəzində daha əvvəldən başlayıb.
 
Tacirlər alıcılıq qabiliyyətinin son bir ayda aşağı düşdüyünü qeyd edirlər. Onların sözlərinə görə, vəziyyətin pisləşməsi endirim kampaniyaları başlatmağa səbəb olub.
Yer haqlarını vaxtında ödəmək üçün geyim malları dəyər-dəyməzinə satılır. Eyni sözləri digər yarmarkalar haqda dca söyləmək olar.
 
Azərbaycan hökuməti idarəçilik sistemi elə qurulub ki, əhalinin pul gəlirlər daha az templə artır, qiymətlər isə daha da sürətli xarakter alıb. Nəticə etibarı ilə qiymətlərin artım tempi əhalinin pul gəlirlərinin artım tempini üstələyir.
 
Sonucda ərzaq və qeyri-ərzaq satışı ilə məşğul olan obyektlərdə alıcılıq qabiliyyəti aşağı düşür. Bu yanlış siyasətdir. “Binə” Ticarət Mərkəzində və müxtəlif rayonlarda fəaliyyət göstərən ticarətçilərin narazılığına səbəb bax bu siyasətdir.

Загрузка...
Загрузка...