Bakıdan Batumiyə avtobus reysi açılır

Bakı Beynəlxalq Avtovağzalı iyul ayından etibarən beynəlxalq sərnişindaşıma sahəsində daha bir yeni istiqamət üzrə marşrut xəttini istifadəyə verir.
 Dövlət Avtomobil Nəqliyyat Xidmətindən Axar.az-a verilən məlumatda bildirilir ki, yaxın vaxtlarda Bakı-Batumi reysi də fəaliyyətə başlayacaq. Reys həftənin 1, 3 və 5-ci günləri olmaqla saat 18:00-da Bakıdan yola düşəcək, çatma vaxtı növbəti gün saat 09:00-dur.
 Biletlərin qiyməti 25 manat olacaq.
 Xatırladaq ki, iyul ayının 1-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bolqarıstana həftənin 2, 4 və 6-cı günləri avtobus yola düşəcək. Biletlərin qiyməti isə 130 manat təşkil edir.