Bakıdakı partlayışda 3 nəfər xəsarət alıb, çoxlu sayda avtomobilə ziyan dəyib

Bakıda ötən gün baş verən partlayışın təfərrüatları məlum olub.
 Daxili İşlər Nazirliyindən (DİN) Musavat.com-a verilən məlumata görə, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən banklardan birinə məxsus ümumi sahəsi 80 kv/m olan nasosxanada qeydə alınıb.
 Partlayış nəticəsində 40 kv/m ərazi uçub. Hadisə zamanı ərazidən keçən Bakı şəhər sakinləri – Gülxar Quliyeva, Namiq Səmədov və Əli Babayev xəsarət alıblar. Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib.
 Nazirlikdən həmçinin bildirilib ki, baş verən partlayış nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib, bir
gözəllik salonu, bir aptek və bir evin pəncərələri sınıb.
 Faktla bağlı araşdırma aparılır.