Bakıdakı muzeydə VƏHABİ QORXUSU: “İşçilər saqqalı kişilərdən qorxurlar, qapı açmırlar” – DİREKTORDAN İLGİNC ETİRAF

 
 
Tanınmış pianoçu Vaqif Mustafazadənin ev muzeyi  barədə Cebhe.info–da yayımlanan "Bakıdakı bu muzeydə ağılasığmaz qayda: “Kişi xeylağı gələndə qapını aça bilmərik...” başlıqlı yazıdan günlər sonra muzey rəhbərliyi narahatlığını ifadə dib. Muzeyin direktoru Afaq Əliyeva əməkdaşlarının kişilərə qapı açmamasına aydınlq gətirməyə çalışıb. Əslində burda qeyri-təbii heç nə yoxdur və yazıda da qeyd edilmişdi ki, rəhbərliyin mövqeyini yayınlamağa hazırıq.
 
Maraqlı məqam ondan ibarətdir ki, dövlət müəssisəsinin rəhbəri məsələyə aydınlıq gətirməkdən daha çox təhdid xarakterli açıqlama verib. Onun sözlərinə görə, muzey əməkdaşları saqqallı kişilərə qapı açmırlar:
 
“Siz bizim muzeyə gəlmisiniz. Bu barədə əməkdaşlar mənə məlumat verdilər. Lakin siz bizim əməkdaşlarla kobud danışmısınız, hətta elə sözlər demisiniz ki, mən utanıram o sözləri təkrar etməyə. Əməkdaşlarımız həmin gün icazəli olublar. Yalnız işdə bir xanım var idi. O da qapının gözlüyündən baxıb ki, sizin saqqalınız var, saqqaldan qorxub qapı açmayıblar. Çünki muzey yaxınlığında vəhabi məscidi var, onlar bir az vahiməlidir. Ona görə də qızlar saqqallı kişilərə qapı açmırlar”.
 
Muzey direktorunun “qaş düzəltdiyi yerdə gözü də vurub çıxartması”ndan sonra səs yazısının onun diqqətinə çatdırmaq istədiyimizi bildirdik. Əməkdaşımız özünü təqdim edib, hansı mətbuat orqanında çalışıdğını bildirib, ancaq muzey əməkdaşları kişilərə qapı açmadıqlarını deyiblər.
 
İndiki halda günlər sonra məsələ ilə bağlı açıqlama vermək istəyən muzey direktorunun dövlət dilimizdə deyil, rus dilində danışması, “saqqallı kişilərə qapı açmamaq” və muzeyin yaxınlığında yerləşən vəhabi məscidi barədə dedikləri, üstəlik əməkdaşımızın jurnalistlərin peşə-etikası qaydalarından kənara çıxmayan ifadələrini təhqir kimi qəbul etməsi anlaşılmazdır.
Mövzunu davam etdirəcəyik.

Загрузка...
Загрузка...