​Bakıdakı marketlərdə gecə əməliyyatı: Qiymətlər sürətlə dəyişdirilir, sabahdan mallar baha satılacaq

 
 
Tarif Şurasının elektrik enerjisi və qazın qiymətinin xidmət sektorunda bahalaşma qaçılmazdır.
 
Cebhe.info xəbər verir ki, artıq bu gün axşam saatlarında etibarən şəhərin böyük marketlərində ərzaq məhsullarının yeni qiymətlə satışına hazırlıq başlayıb.
 
Market rəhbərliklərinin tələbi ilə qiymətlərin dəyişdirilməsi axşam saat 20.00-dan sonra başlanılıb və alıcıların nisbətən az olduğu zaman seçilib. Səbəb isə sabah səhər saatlarından ərzaq məhsullarının yeni qiymətlə satışını təmin etmək və kassa əməliyyatlarında yeni qiymətlərin tətbiqinə nail olmaqdır. Şəhərin bir neçə marketində aparılan müşahidələr göstərib ki, mallara yeni qiymətlərin vurulması prosesinə əlavə əməkdaşlar cəlb edilib.
 
Supermarketlərdən başqa kiçik mağazalar da dekabrın 1-dən etibarən ərzaq mallarının yeni qiymətlə satılacağına dair paylayıcı şirkətlərdən xəbərdarlıq aldıqlarını deyiblər.

Загрузка...
Загрузка...