​Bakıda yol polisi “BMW” ilə piyadanı vurdu

Mehdi Hüseynov xidmət vaxtı idarə etdiyi avtomomillə Balababa Qurbanovu vurub
Bakıda yol polisi əməkdaşı piyadanı vurub. Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə dünən saat 11 radələrində qeydə alınıb. Belə ki, 1977–ci il təvəllüdlü yol polis serjantı Mehdi Hüseynov xidmət vaxtı idarə etdiyi "BMW" markalı avtomomillə Zığ qəsəbəsi Sabir küçəsində qəsəbə sakini 1980-ci il təvəllüdlü Balababa Qurbanovu vurub. B.Qurbanov xəsarət alıb və 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.