Bakıda xəstə özünü Tibbi Mərkəzdən ataraq öldü

 
Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzdə intihar baş verib.
 
64 yaşlı Yuri Protopov özünü xəstəxananın Cərrahiyyə şöbəsinin yerləşdiyi 3-cü mərtəbənin pəncərəsindən ataraq intihar edib.
 
Faktı təsdiqləyən mərkəzin direktor müavini Adil Salahov deyib ki, intihar edən şəxs bir ay əvvəl səhiyyə müəssisəsində müalicə alıb: “Lakin Yuri Protopovun intiharının bizimlə heç bir əlaqəsi yoxdur. O, mərkəzdə həzm sistemindəki problemlə bağlı müalicə alıb və noyabrın 2-də evə buraxılıb”.
 
Qeyd edək ki, intihar edən şəxsin meyiti morqa təhvil verilib.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Загрузка...
Загрузка...