Bakıda üç avtomobil toqquşub: 3 ölü, 5 yaralı

Bakıda üç avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
 
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri Elçin Əfəndiyevin idarə etdiyi “Mercedes”, Mirhəşim Abbasovun idarə etdiyi “Opel” və Süleyman Novruzlunun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
 
Nəticədə E.Əfəndiyevin 1 sərnişini, M.Abbasov və 3 sərnişini, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölüb.