Bakıda toyda dava düşdü

Bakıda şadlıq evlərindən birində keçirilən toy mərasimində dava-dalaş olub.
Turaninfo.az Lent.az-ın məlumatına istinadən , N.Tusi küçəsində yerləşən “Movida Plaza” şadlıq sarayında baş tutan məclis zamanı 1954-cü il təvəllüdlü Məmmədov Cavanşir İrşad oğlu xuliqanlıq zəminində döyülüb.
Hadisəni törətmiş 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu polis tərəfindən saxlanılıb.
C.Həsənov izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Faktla bağlı 35-ci Polis Bölməsində araşdırma aparılır.