​ Bakıda təhlükə - Canavarlar qəbristanlığı basdı

 
Bakının 45 kilometrliyində yerləşən Zirə qəsəbəsinin köhnə qəbirsanlığı canavarların məskəninə çevrilib.
 
Bu barədə Missiya.Az-a qəsəbə sakinləri xəbər verib. Onların sözlərinə görə, son günlər canavarlar kənddə yerləşən köhnə qəbirsanlığa ayaq açıb.
 
“Adətən axşamlar ulayırlar. Uşaqlar və yaşlı insanlar bu səsdən daha çoz narahat olur, yata bilmirlər. Sakinlər qorxusundan həmin ərazidən keçə bilmir. Qəbirstanlıq ərazisində parcalanmış itlərin cəsədlərini görmüşük. Bu canavarlar bir gün insanlara da hücüm edəcək”, - deyə qəsəbə sakini bildirib.
 
Sakinlər aidiyyatı orqanlara müraciət etsə də, hələ ki, məsələyə diqqət ayrılmayıb.