​Bakıda sürücüyə silah çəkən şəxs tutuldu - VİDEO (YENİLƏNDİ)

Bakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub.
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib.
Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb.
Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir. (apa)
***
Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları Bakıda avtobus sürücüsünü tapança ilə hədələyən sərnişinin kimliyini müəyyənləşdiriblər.
Publika.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, videoda görüntülənən sərnişin 1988-ci il təvəllüdlü Bərdə sakini Orucov Orxan Cəmil oğludur.
Məlum olub ki, Orucov həmçinin müxtəlif şəxslərə borclu olduğu üçün də polis tərəfindən axtarılır. Hazırda onun saxlanılması və məsuliyyətə cəlb edilməsi üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişin sürücüyə öz iradlarını bildirərək, onu tapança və ya tapançaya bənzər əşya ilə hədələyib.
***
Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, dünən saat 20.25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub.
Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib. Hazırda onun saxlanılması üçün tədbirlər görülür. (apa)
***
Bakıda avtobusda görünməmiş hadisə baş verib.
Publika.az bildirir ki, sərnişinlərdən biri dayanacaqdan kənarda avtobusa minmək istəyib, lakin sürücü nəqliyyat vasitəsini saxlamayıb.
Bundan narazı qalan sərnişin avtobusa minəndən sonra sürücüyə kəskin şəkildə öz etirazını bildirməyə başlayıb.
Digər sərnişin və sürücünün iradlarından sonra isə o özündən çıxıb və tapança çıxarıb.
İnsident zamanı sürücünün soyuqqanlığını qeyd etmək lazımdır. Qeyd edək ki, video haqqın.az saytının redaksiyasına göndərilib.

Загрузка...
Загрузка...