​Bakıda sərnişin avtobusunda rüsvayçı olay - VİDEO

 
 
 
Bu gün Bakıda sərnişin avtobuslarının birində rüsvayçı olay baş verib.
 
Bizimyol.info xəbər verir ki, sərnişinlərdən birinin qadına qarşı əxlaqsız hərəkətlər etməsi, onun və avtobusdakı digər sərnişinlərin kəskin etirazına səbəb olub. Həmin şəxs əvvəlcə özünü müdafiə etməyə cəhd edib, daha sonra üzünə tuşlanan kameranı əli ilə itələyərək avtobusdan düşərək qaçıb. Sərnişinlər belə rüsvayçı hərəkət edənlərin polis tərəfindən cəzalandırılmasının vacib olduğunu bidiriblər.
 
Qeyd edək ki, olay sərnişinlərin biri tərəfindən lentə alınlb və Bizimyol.info saytına göndərilib. Videonu izləyicilərimizə təqdim edirik.