​Bakıda ŞOK: 45 yaşlı kişi bayram günü özünü yandırdı

 
 Bakıda intihar hadisəsi baş verib.
 
"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Məmməddov Əlikram Oruc oğlu yaşadığı evin həyətində üstünə benzin tökərək özünü yandırıb. Ə.Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.
Məlumata görə o, narkotik maddə istifadəçisi olub və narkotik asılılığından əziyyət çəkib.